İranla müharibə ABŞ-a 48 milyard dollardan çox başa gəlib – Pentaqon


İrana qarşı müharibənin ABŞ-a maliyyə yükü 48 milyard dolları ötüb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Artur Miller açıqlama verib.
Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, müharibə ilə bağlı ABŞ-ın xərcləri 48,3 milyard dollara çatıb. Bu rəqəm ABŞ Konqresinin Büdcə İdarəsinin avqustun 1-nə dair əvvəlki qiymətləndirməsindən təxminən 26 faiz çoxdur. Həmin vaxt hərbi xərclər 38 milyard dollar hesablanmışdı.
Miller bildirib ki, məbləğə sursat, hərbi texnikanın əvəzlənməsi və əməliyyatların həyata keçirilməsi ilə bağlı məsrəflər daxildir.
Bununla belə, hesablamaya Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəymiş ziyan, eləcə də münaqişənin dünya iqtisadiyyatına təsiri daxil edilməyib.
Qeyd edək ki, münaqişə regionda iqtisadi gərginliyi artırıb. Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan təhlükələr neft və qaz tədarükünə də təsir göstərir.
