Almaniyadan Moskvaya mesaj: Ukrayna ilə bağlı danışıqlara ciddi yanaşın!


Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində keçirilən Ukraynaya dəstək sammitinin Moskvaya mühüm mesaj göndərdiyini bildirib.
Xitab24.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, nazir Rusiyanı Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı danışıqlara ciddi yanaşmağa çağırıb.
Vadefulun sözlərinə görə, Berlində keçirilən görüş Ukraynanın tərəfdaşlarının Kiyevə dəstəyinin davam etdiyini göstərir. O, sülh danışıqlarının nəticəsiz qalacağı ehtimalına da hazır olmaq lazım olduğunu vurğulayıb.
Almaniya rəsmisi bildirib ki, danışıqlar uğursuz olacağı təqdirdə ölkəsi qarşıdan gələn qışda Ukraynanı elektrik enerjisi, istilik, su və digər zəruri ehtiyaclarla təmin etməyə davam edəcək.
O, həmçinin istənilən sülh razılaşmasının Ukraynanın gələcək təhlükəsizliyinə dair təminatları əhatə etməli olduğunu qeyd edib.
1 mənbə
