Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb

Ana səhifə Region
24 noyabr 2026 01:30 155 nəfər baxıb
Far.Az xəbər saytı
Türkiyənin şimal-qərbindəki Balıkəsir vilayətində leysan yağışları subasmaya səbəb olub.
"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, aramsız yağan leysan yağışları nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb.
Vilayətin Altıeylül rayonunda bir xəstəxananın Təcili yardım şöbəsini su basıb.
Havran rayonunda isə dayanacağın çökməsi nəticəsində dörd yük maşını çuxura düşüb. Hadisədə xəsarət alan olmayıb.
Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.
Türkiyə Cümhuriyyəti Təbii fəlakət Subasma (daşqın)
Oxşar xəbərlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
Dərc vaxtına görə