Gürcüstan Almaniyanın xarici işlər nazirinin Cənubi Qafqaz səfərinin marşrutuna daxil edilməyib


Almaniyanın xarici işlər naziri İohann Vadeful noyabrın 17-18-də Cənubi Qafqaza səfər edərək Azərbaycan və Ermənistanda olub, Gürcüstan isə səfər proqramına daxil edilməyib.
Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.
Səfərdən əvvəl yayımlanan bəyanatında Vadeful Cənubi Qafqazı “dönüş mərhələsində” olan region kimi xarakterizə edib və uzun illər davam edən münaqişələrin aradan qaldırılması üçün tarixi imkanın yarandığını bildirib.
“Novosti Qruziya” agentliyinin məlumatına görə, Berlinin prioritetləri sırasında Ermənistan-Azərbaycan sülh prosesinə dəstək, nəqliyyat dəhlizlərinin inkişafı, energetika və ticarət məsələləri yer alıb. Almaniya rəsmisi, həmçinin region ölkələrinin gələcəyinin Moskvada müəyyən edilməməli olduğunu vurğulayıb.
Alpər Mövludoğlu Ordu.az