Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Oman Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib


Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgün Oman Müdafiə Nazirliyinin baş katibi Məhəmməd Nasir Əli Əl-Zaabi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün məlumat yayıb.
Görgün sosial media hesabında paylaşım edərək Oman nümayəndə heyətini rəhbərlik etdiyi qurumda qəbul etdiklərini bildirib.
O, dost və qardaş Omanla müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək iradələrini bir daha təsdiqlədiklərini qeyd edib.
Görgün Əl-Zaabiyə və onu müşayiət edən nümayəndə heyətinə təşəkkür edib.
Sevinc Əliyeva Ordu.az