Tramp: İran hələ ABŞ ilə uyğun bir razılaşma əldə etməyə hazır deyil


BAKI, 20 noyabr. TELEQRAF
İran hələ ABŞ ilə uyğun bir razılaşma əldə etməyə hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib:
"Onlar razılaşma əldə etmək istəyirlər, amma mənim məmnun olduğum bir razılaşma əldə etmək istəmirlər. Biz 51 ildir qüvvədə olan saxta razılaşmanı yox, əsl razılaşma əldə etmək istəyirik".