GTA VI oyununa 99 bal verildi – 28 illik rekord təkrarlandı


Uzun müddətdir gözlənilən Grand Theft Auto VI videooyunu dünya üzrə təqdimatından sonra oyun tənqidçilərinin yüksək qiymətləndirməsini qazanıb. PlayStation 5 versiyası Metacritic platformasında 100 mümkün baldan 99 bal toplayaraq tarixi göstəriciyə imza atıb.
Plat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu nəticə 1998-ci ildən bəri Metacritic-də ən yüksək qiymətləndirmə göstəricilərindən biri hesab olunur. İndiyədək rekord Nintendo şirkətinin The Legend of Zelda: Ocarina of Time oyununun əlində idi. GTA VI-nın yüksək reytinqi oyun sənayesində böyük maraq yaradıb. Rockstar Games tərəfindən hazırlanan layihə uzun müddət davam edən gözləntilərdən sonra oyunçuların və tənqidçilərin diqqət mərkəzinə çevrilib. Yeni oyunun uğuru təkcə satış göstəriciləri deyil, videooyun bazarında rəqabət və böyük büdcəli layihələrin gələcək inkişafı baxımından da əhəmiyyət daşıyır.
