Tramp Filippində toyuq "fast food"una qonaq edilib


DÜNYA
18 Noyabr 2026 | 13:42 | Müəllif: Gülşən Şərif
Filippin Prezidenti Ferdinand Markos Jr. ABŞ Prezidenti Donald Tramp və onun nümayəndə heyətini Manila mətbəxi ilə tanış etmək üçün "Jollibee" şəbəkəsinin gecə yeməyinə dəvət edib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Filippin Prezidentinin Kommunikasiya Ofisinin saytında bildirilib.
Filippin Prezidenti bu dəvətlə bağlı Malakanan Sarayında keçirilən ikitərəfli görüş zamanı açıqlama verib. O, Amerika liderinin səfərinin son dərəcə sıx olduğunu qeyd edərək bildirib ki, nümayəndə heyətinin dincəlməsi üçün "Jollibee"dən iqamətgaha çatdırılmaq üçün toyuq qəlyanaltıları sifariş edib.
Filippin prezidentinin sözlərinə görə, "fast food" şəbəkəsi ABŞ-də populyarlıq baxımından "KFC"ni geridə qoyub.
Gülşən Şərif