Qəzzada fələstinlilərin sığınacaq imkanları getdikcə azalır


İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində hücumlarını genişləndirməsi nəticəsində 2023-cü ilin oktyabrından bəri dəfələrlə evlərini tərk etmək məcburiyyətində qalan fələstinli ailələr yenidən köçkün vəziyyətinə düşüb.
Qəzzada sığınacaq üçün yararlı ərazilərin azalması, nəqliyyat imkanlarının məhdudluğu, eləcə də alternativ yaşayış yerlərinin olmaması ailələrin vəziyyətini daha da çətinləşdirir. Köçkünlər su, elektrik və yaşayış yerlərinin çatışmadığı, həddindən artıq sıx məskunlaşmış ərazilərdə sığınacaq axtarmağa məcbur qalırlar.
İsrail ordusunun açıqladığı yeni hərbi əməliyyat 2025-ci ilin oktyabrında qüvvəyə minən atəşkəsdən sonra ilk dəfə “Sarı xətt”in qərbində quru hücumlarının həyata keçirilməsi ilə müşayiət olunur. Əməliyyat Bureyc və Nuseyrat qaçqın düşərgələrinin ətrafındakı 660, 661 və 666 nömrəli əraziləri əhatə edir.