Putin və Si Cinpin Şençjendə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər


Vətənim Media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə keçirilən görüşdə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Si Cinpinə ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə son təmasları barədə danışıb. Peskov Putinin Donald Trampla təmasları zamanı Ukrayna məsələsinin də müzakirə oluna biləcəyini qeyd edib.
Əsas mənbə: APA
Dərc vaxtına görə