Tramp və Si Cinpin Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər


19.11.2026 - 10:36
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Editor.az xəbər verir ki, bu barədə Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Si Cinpinlə görüşü zamanı bildirib.
“Rusiya ilə Ukrayna arasındakı müharibə məsələsində kömək göstərmək istəyirik. Bu müharibənin başa çatmasını arzulayırıq”, – deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, bu, 2026-cı ildə ABŞ və Çin liderləri arasında keçirilən üçüncü görüşdür. Tərəflər may ayında Pekində, sentyabrda isə Si Cinpinin ABŞ-a dövlət səfəri çərçivəsində Vaşinqtonda bir araya gəliblər.
//Gülnarə Abasova, Editor.az
Dərc vaxtına görə
