Hərbi qulluqçuların siyasi hüquq və azadlıqları belə həyata keçirilir


Hərbi qulluqçuların siyasi hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Azərbaycan vətəndaşı olan hərbi qulluqçular seçkilərdə səs vermək və qanunla müəyyən edilmiş qaydada seçilmək hüququna malikdirlər. Onlar həmçinin ümumxalq müzakirələrində və referendumlarda iştirak edə bilərlər. Seçkilərdə namizəd olmaq istəyən hərbi qulluqçular bu niyyətləri barədə birbaşa komandirinə və ya rəisinə məlumat verməlidirlər. Bu hüquqların həyata keçirilməsi hərbi xidmətin xüsusiyyətləri və qanunvericiliyin tələbləri nəzərə alınmaqla təmin edilir.
Yazı naviqasiyası
1 mənbə
