Səudiyyə Ərəbistanına raket hücumu: Hava hücumundan müdafiə sistemləri işə düşdü


Yəməndə husilərin Səudiyyə Ərəbistanına yönəltdiyi raketlərdən bir neçəsi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Xitab24.az “Al Jazeera”ya istinadən xəbər verir ki, raketlər paytaxt Ər-Riyadı və ölkənin cənub bölgələrini hədəf alıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Turki əl-Maliki paytaxt istiqamətində raket təhlükəsinin aradan qaldırıldığını bildirib. Daha sonra ölkənin cənubuna doğru atılan dörd ballistik raketin də məhv edildiyi açıqlanıb.
Husilər isə hücumların Səudiyyə Ərəbistanının mühüm obyektlərinə, o cümlədən beynəlxalq hava limanına və maliyyə mərkəzinə yönəldiyini iddia ediblər.
BMT-nin Uşaq Fondunun məlumatına görə, Yəməndə yenidən şiddətlənən qarşıdurmalar nəticəsində 330 mindən çox insan, o cümlədən təxminən 174 min uşaq evlərini tərk etmək məcburiyyətində qalıb.
1 mənbə
