Putin: Rusiya dünyaya açıqdır


DÜNYA
19 Noyabr 2026 | 12:21 | Müəllif: Gülşən Şərif
Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasında Rusiyanın dünyaya açıq qalmağa çalışdığını bildirib.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, eyni zamanda ölkəsinin iqtisadi potensialını gücləndirdiyini vurğulayıb.
Putinin sözlərinə görə, bu məqsədlə Rusiya fundamental islahatlar həyata keçirməyə, sənaye bazasını və texnoloji imkanlarını təkmilləşdirməyə və inflyasiyanı nəzarətdə saxlamağa davam edir.
O həmçinin bildirib ki, Rusiyanın Asiya-Sakit Okean regionu iqtisadiyyatları ilə tərəfdaşlığı ölkənin strateji kursudur.
Gülşən Şərif
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Putin: Rusiya dünyaya açıqdır
