HAVELSAN PRO³ Layihə İdarəetmə Akademiyasını fəaliyyətə keçirir


Şirkət əməkdaşlarının layihə idarəetməsi üzrə bacarıqlarını inkişaf etdirmək və vahid idarəetmə yanaşmasını gücləndirmək məqsədilə yeni təlim proqramına başlayır.
Ordu.az xəbər verir ki, HAVELSAN şirkəti PRO³ Layihə İdarəetmə Akademiyasını fəaliyyətə keçirəcəyini açıqlayıb.
Şirkətin sosial media hesabında yayımlanan məlumatda yeni təlim proqramının effektiv layihə idarəçiliyini dəstəkləmək və əməkdaşların bu sahədə bacarıqlarını artırmaq məqsədilə hazırlandığı bildirilib.
PRO³ Layihə İdarəetmə Akademiyası vasitəsilə HAVELSAN daxilində vahid layihə idarəetmə yanaşmasının gücləndirilməsi hədəflənir.
Sevinc Əliyeva Ordu.az