Haluk Görgün: “Türkiyə və Böyük Britaniya müdafiə sənayesi əməkdaşlığını dərinləşdirəcək”


Ankarada Türkiyə-Böyük Britaniya Müdafiə Sənayesi Şurasının ikinci iclası keçirilib və iki ölkə arasında birgə layihələr, texnologiya mübadiləsi və istehsal sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Ordu.az xəbər verir ki, Türkiyə və Böyük Britaniya arasında müdafiə sənayesi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə Türkiyə-Böyük Britaniya Müdafiə Sənayesi Şurasının (TUDIC) ikinci iclası keçirilib.
Müdafiə Sənayesi Komitəsinin sədri professor doktor Haluk Görgünün ev sahibliyi etdiyi toplantıda Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybət, Böyük Britaniyanın müdafiə hazırlığı və sənaye üzrə dövlət naziri Luk Pollard, eləcə də hər iki ölkənin nümayəndə heyətləri iştirak ediblər.
Görgün sosial media hesabında yayımladığı açıqlamada dəyişən qlobal təhlükəsizlik mühitində iki müttəfiq ölkə kimi birgə layihələrin hazırlanması, texnologiya mübadiləsi və istehsal sahələrində əməkdaşlığın dərinləşdirilməsi iradəsini təsdiqlədiklərini bildirib.
O, iki ölkənin müdafiə sənayesi şirkətləri arasında keçirilən ikitərəfli görüşlərin uzunmüddətli yeni tərəfdaşlıqlara yol açacağına inandığını qeyd edib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə