Portuqaliya Ronaldosuz ilk oyununda darmadağın oldu - QOLLAR


UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün A Liqasının IV qrupunun 5-ci turunda Portuqaliya və Danimarka yığmaları üz-üzə gəliblər.
Offsideplus.az xəbər verir ki, Braqada keçirilən qarşılaşma qonaqların 4:1 hesablı darmadağını ilə başa çatıb.
Danimarkanın heyətində Pyer-Emil Höybyerq (43', pen.), dubl edən Rasmus Höylund (50', 57') və Yoahim Andersen (75') fərqləniblər. Meydan sahiblərinin təsəlli qolunu isə 90+3-cü dəqiqədə Bernardo Silva vurub.
Qeyd edək ki, bu oyun Kriştiano Ronaldonun millidən ayrılmasından sonra Portuqaliyanın ilk matçı olub. 5 turdan sonra 12 xal toplayan Portuqaliya liderliyini qoruyur, 9 xalı olan Danimarka isə ikinci pillədə qərarlaşıb.