"Məğlubiyyətə görə futbolçuları günahlandırmaq istəmirəm"


“Xankəndi” 1-ci liqanın 8-ci turunda “Karvan-Yevlax”a məğlub oldu - 0:2."Football-plus.az" xəbər verir ki, Qarabağ təmsilçisinin baş məşqçisi Röyal Nəcəfov oyunsonrası mətbuat konfransında iştirak etdi:
“Güclü rəqibə qarşı oynadıq. Fərdi səhvə yol verənə qədər hər şey planımıza uyğun gedirdi. Məğlubiyyətə görə futbolçuları günahlandırmaq istəmirəm. Göstərdikləri oyuna görə komandama təşəkkür edirəm. Maraqlı və yaxşı qarşılaşma oldu. Komandamız uğursuz təlim-məşq toplanışı keçirdiyi üçün 60-70-ci dəqiqələrdən sonra fiziki cəhətdən yoruluruq. Bu çatışmazlığı aradan qaldırmaq üçün zamana ehtiyac var. Ehtiyat oyunçular skamyamız da limitlidi, buna görə istədiyimiz rotasiyanı edə bilmirik. Xüsusilə qarşıdakı qış fasiləsində heyəti gücləndirməliyik. Klub rəhbərliyi ilə görüşdə bu mövsümün bizim üçün keçid dövrü olmasına qərar verdik. Məqsədimiz 1-ci liqada yerimizi qorumaq və mümkün qədər ilk "beşlik"də yer almaqdı. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq”.
