Munis Abdullayev: Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir - VİDEO


Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan veteran futbolçu Munis Abdullayev “Xankəndi” – “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb.
Sportify.az Abdullayevin müsahibəsini təqdim edir:
“Xankəndidə belə möhtəşəm stadionun olması və burada futbol oyununun təşkili çox qürurvericidir. Bizi Xankəndiyə dəvət etdiyi üçün PFL rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Bura ilə bağlı xoş xatirələrim var. Mən bu stadionda oynamışam, qollar vurmuşam. Gəncliyimiz burada keçib. Xankəndi çox gözəl, futbol ənənələri olan şəhərdir. Bu məkanda çoxlu gərgin oyunlarımız olub. Komandaya gələndə “Neftçi”nin əvəzedici heyətində oynayırdım. “Qarabağ”ın heyətində çıxış etmiş sonuncu azərbaycanlı futbolçu mən olmuşam.”
<span data-mce-type="bookmark" style="display: inline-block; width: 0px; overflow: hidden; line-height: 0;" class="mce_SELRES_start"> </span>
Dərc vaxtına görə
Sportify.azoxuduğunuz
Munis Abdullayev: Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir - VİDEO
