Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir”


Şriftin ölçüsü:
19.11.2026 20:14
Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan veteran futbolçu Munis Abdullayev “Xankəndi” - “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb.
Futbolxeber.az saytının məlumatına görə, o, PFL-in mətbuat xidmətinə açıqlamasında Xankəndidə belə möhtəşəm stadionun olması və burada futbol oyununun təşkilinin çox qürurverici olduğunu vurğulayıb:
“Bizi Xankəndiyə dəvət etdiyi üçün PFL rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Bura ilə bağlı xoş xatirələrim var. Mən bu stadionda oynamışam, qollar vurmuşam. Gəncliyimiz burada keçib. Xankəndi çox gözəl, futbol ənənələri olan şəhərdir. Bu məkanda çoxlu gərgin oyunlarımız olub. Komandaya gələndə “Neftçi”nin əvəzedici heyətində oynayırdım. “Qarabağ”ın heyətində çıxış etmiş sonuncu azərbaycanlı futbolçu mən olmuşam”.
Dərc vaxtına görə
Futbolxəbər.azoxuduğunuz
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir”