Portuqaliya millisindən Kriştiano Ronalduya möhtəşəm vida jesti


Portuqaliya milli komandası Kriştiano Ronalduya xüsusi vida mərasimi təşkil edib.
Offsideplus.az xəbər verir ki, Millətlər Liqasında Danimarka ilə qarşılaşma öncəsi meydan sahiblərinin oyunçuları meydana Ronaldunun şərəfini daşıyan 7 nömrəli formalarla çıxıblar. Tribunalarda azarkeşlər "Təşəkkürlər, kapitan!" yazılmış bannerlər açıblar, eyni mesajlar stadionun tablosunda da nümayiş etdirilib.
Oyunun başlamasından 7 dəqiqə sonra isə azarkeşlər bir dəqiqə ərzində alqışlarla və şüarlarla Ronalduya dəstək olublar.