NATO Baş katibi: "Nüvə silahınasahib ölkə liderləri bir araya gəlməlidir"


DÜNYA
Bugün, 21:50
NATO-nun baş katibi Mark Rutte bu gün Çin, Rusiya və ABŞ liderləri arasında keçirilən üçtərəfli sammitə münasibətini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu görüşü çox mühüm sayıb.
Berlin şəhərində keçirilən "Könüllülər Koalisiyası" adlı tədbirdə iştirak edən Rutte bildirib ki, həmin görüş digər nüvə dövlətlərinin liderləri arasında da keçirilməlidir: "Nüvə silahına sahib olan ölkələrin liderləri bir araya gəlməli və ortaq qərarlara almalıdırlar. Rusiya və ABŞ əsas nüvə gücləridir. Çin də yüksələn nüvə gücünə çevrilir.Buna görə də, bu liderlərin görüşməsi, müzakirələr aparması və gələcəkdə ən yaxşı hərəkət istiqaməti barədə razılığa gəlməyə çalışması tamamilə normaldır".
E.ARAZ
MİA.AZ