İran Rusiya qazının tranziti ilə bağlı Azərbaycanla danışıqlar apardığını açıqlayıb
PostMediaAdmin


İran Rusiya qazının tranziti məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparır.
"PostMedia" yerli KİV-ə istinadən xəbər verir ki, bunu İranın neft naziri vəzifəsini icra edən Həmid Bovard bildirib.
“Biz Rusiya qazının tranziti ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”, – deyə o qeyd edib.
Həmid Bovard əlavə edib ki, İran Xəzər dənizindəki neft yataqlarının işlənilməsi ilə bağlı danışıqları da davam etdirir.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin
Dərc vaxtına görə