Neftçalada su kəsildi – Səbəb məlum oldu
Globalinfo.azOrxan


Neftçala rayonunda içməli su təminatında fasilələr yaranacaq.
Globalinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, rayonun su təminatını təmin edən diametri 500 mm olan su xəttində baş verən qəza ilə əlaqədar rayon ərazisinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Təmir-bərpa işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.