ABŞ-ın strateji neft ehtiyatı son 44 ilin ən aşağı səviyyəsinə düşüb


müəllif EditorNoyabr 23, 2026Noyabr 23, 202606
20 noyabr tarixinə bitən həftə ərzində ABŞ-ın Strateji Neft Ehtiyatı (SPR) 273,5 milyon barelə qədər azalıb. Bu rəqəm 1982-ci ilin avqust ayından etibarən qeydə alınmış ən kiçik göstərici hesab olunur.
ABŞ Energetika Nazirliyinin yaydığı statistikaya əsasən, ölkənin Strateji Neft Ehtiyatı son 44 ildə görünməyən minimum səviyyəyə enib. Bundan aşağı göstərici son dəfə 27 avqust 1982-ci ildə müşahidə olunub – həmin tarixdə ehtiyat 272,6 milyon barel təşkil edib.
Bu ehtiyat ABŞ-da enerji təchizatı zəncirində yaranan fasilələrin qarşısını kəsmək, eləcə də iqtisadi və ya geosiyasi böhran dövrlərində neft bazarını dəngədə saxlamaq üçün yaradılıb.
Nazirliyin yaydığı hesabatda ehtiyatların niyə bu qədər azaldığı izah olunmayıb. Sənəddə yeni neft alışları və ya ehtiyatın bərpasına dair hər hansı qərar barədə də məlumat yer almayıb.
Foto: ENERGY.GOV / Wikimedia Commons, Public domain