Enerji şirkəti 2031-ci ilədək mənfəətini 1 milyard funtdan yuxarı çatdırmağı hədəfləyir


Böyük Britaniyanın enerji şirkəti Drax bərpaolunan enerji və elektrik istehsalı sahəsindəki investisiyalarını genişləndirərək gəlirlərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Şirkət 2031-ci ilədək əsas əməliyyat mənfəətini 1 milyard funt sterlinqdən yuxarı çatdırmağı hədəfləyir.
Plat.az Reuters-ə istinadən xəbər verir ki, Drax 2026-cı il üzrə mənfəət göstəricisinin analitiklərin gözləntilərini üstələyəcəyini açıqlayıb. Şirkət 2029-cu ildə 800–900 milyon funt sterlinq, 2031-ci ildə isə 1 milyard funtdan artıq düzəliş edilmiş EBITDA əldə etməyi planlaşdırır. Strategiya çərçivəsində İngiltərənin şimalında ümumi gücü 130 meqavat olan üç günəş enerjisi layihəsinə təxminən 120 milyon funt investisiya yatırılacaq. Həmin layihələrin 2028-ci ildə fəaliyyətə başlaması gözlənilir. Drax həmçinin enerji stansiyasının ərazisində böyükmiqyaslı məlumat mərkəzinin yaradılması üçün Brookfield və Radiant şirkətləri ilə əməkdaşlıq edir.
1 mənbə