İran Rusiya qazının tranziti ilə bağlı Azərbaycanla danışıqlar apardığını açıqlayıb


İran Rusiya qazının tranziti məsələsi ilə bağlı Azərbaycanla danışıqlar apardığını bildirib.
Ordu.az xəbər verir ki, bu barədə İranın neft naziri vəzifəsini icra edən Həmid Bəvard yerli KİV-ə açıqlamasında məlumat verib.
“Biz Rusiya qazının tranziti məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”, - deyə Həmid Bəvard bildirib.
O əlavə edib ki, İran Xəzər dənizindəki neft yataqlarının işlənməsi ilə bağlı danışıqları da irəli aparır.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə