Husilər Səudiyyə Ərəbistanındakı dörd obyektə zərbə endirdiklərini açıqladı


Dünya
19 Noyabr 2026, 23:20
240 baxış
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanında, o cümlədən Ər-Riyadda yerləşən dörd obyektə hücum etdiyini bildirib.
Yenicag.az xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Sariya zərbələrin Ər-Riyaddakı maliyyə mərkəzinə və Kral Xalid adına beynəlxalq hava limanına, Cubeyldəki “Sadaf” neft-kimya şirkətinə, eləcə də Xamis-Muşayt hərbi hava bazasına endirildiyini iddia edib.
Sariya xarici investorları Səudiyyə Ərəbistanını dərhal tərk etməyə çağırıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Ər-Riyadda hündürmərtəbəli binaya hücum edildiyini təsdiqləyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Reuters”in məlumatına görə, hücum zamanı Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun binasına ziyan dəyib.
Dərc vaxtına görə
Yenicag.azoxuduğunuz
Husilər Səudiyyə Ərəbistanındakı dörd obyektə zərbə endirdiklərini açıqladı