El-Ninyo təhlükəsi artır: Dünyada ərzaq qıtlığı riski yaranır


Güclü El-Ninyo hava hadisəsinin 2027-ci ilin əvvəlində pik həddə çatacağı gözlənilir. Bu isə dünyanın müxtəlif bölgələrində kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
Xitab24.az “Reuters”ə istinadən xəbər verir ki, iqlim dəyişiklikləri ilə bağlı narahatlıqlar COP31 sammitində də əsas müzakirə mövzularından birinə çevrilib. Artıq Mərkəzi Amerikada qarğıdalı, Peruda ançous balıqları, Asiyada isə düyü və şəkər qamışı istehsalı hava şəraitindən mənfi təsirlənib.
Proqnozlara əsasən, Şərqi Afrikada quraqlıq və daşqın təhlükəsi də arta bilər. Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu El-Ninyo nəticəsində iqtisadi itkilərin 11 trilyon dollara çata biləcəyini qiymətləndirir.
Yenicag.az+1 mənbə