Diyarbəkirdə faciədən dönüldü: Daşan çay körpünü uçurdu


Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda yağan güclü leysan yağışlarından sonra suyu artan İnikan çayı üzərindəki beton körpü uçub.
32gun.az Türkiyə mediasına istinadən bildirir ki, həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Hadisə yerli vaxtla saat 16:30 radələrində Kulp rayonunun Baloğlu və Koçkar məhəllələri arasında baş verib. Bölgədə təsirli olan şiddətli leysan yağışlarından sonra İnikan çayında suyun səviyyəsi kəskin yüksəlib. Aygün, Koçkar, Saltuk və Akçesir məhəllələrini birləşdirən qrup yolunun üzərində yerləşən beton körpü güclü axına tab gətirməyərək çöküb. Hadisə zamanı körpünün üzərində heç kimin olmaması mümkün faciənin qarşısını alıb, uçma anı isə ətrafdakı şəxslər tərəfindən mobil telefonla qeydə alınıb.
Çökmədən sonra marşrut təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkətinə bağlanıb. Yolun tikintisinə və saxlanmasına cavabdeh olan Diyarbəkir Böyükşəhər Bələdiyyəsinin briqadaları ərazidə istiqamətləndirmə və təmir işlərinə başlayıb. Nəqliyyatın hərəkəti üçün alternativ marşrut kimi Hamzalı–Sason–Yücebağ–Sarıçoban məhəllələrindən keçən yolun müəyyən edildiyi bildirilib.
Nilay
Yenicag.az+1 mənbə