Hörmüz boğazında 24 saat ərzində dördüncü tanker MİNAYA DÜŞÜB


Hörmüz boğazı yaxınlığında daha bir tanker dəniz minasına düşərək alovlanıb. Beləliklə, son 24 saat ərzində bölgədə minaya düşən tankerlərin sayı dördə çatıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
İran dövlət televiziyasının məlumatına görə, tanker Tehranın icazə vermədiyi marşrutla hərəkət edərkən Hörmüz boğazının şərq hissəsində dəniz minasına düşüb.
Bəyanatda gəminin alovlandığı və ciddi ziyan gördüyü bildirilib.
İran Hərbi Dəniz Qüvvələri açıqlamasında təhlükəsiz keçidin dəniz qaydalarına riayət edilməsini və İran Silahlı Qüvvələri ilə koordinasiyanı tələb etdiyini vurğulayıb.
Qeyd edək ki, bu, son 24 saat ərzində Hörmüz boğazı yaxınlığında qeydə alınan dördüncü belə hadisədir.
Dərc vaxtına görə