Hindistanda metal körpü çöküb


DÜNYA
19 Noyabr 2026 | 17:08 | Müəllif: Əli Hüseynov
Hindistanın şimal-qərbindəki Pəncab əyalətində Bhakra kanalı üzərindəki metal körpü uçub, iki nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti yazıb.
Körpü iki yük maşını keçərkən uçub. Onlardan biri alovlanıb. Hər iki nəqliyyat vasitəsinin sürücüləri xilas edilərək yüngül xəsarətlərlə xəstəxanaya aparılıblar.
Yolun zədələnmiş hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Çökmənin dəqiq səbəbi araşdırılır. İlkin məlumatlara görə, konstruksiyaya həddindən artıq yük düşməsi buna səbəb ola bilər.
