Putin Trampın dəvətinə cavab verdi: ABŞ-a gedəcəkmi?

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın onu yenidən “Böyük iyirmilik” (G20) sammitinə dəvət etdiyini açıqlayıb.
Army.az xəbər verir ki, Putin dəvətə görə Trampa təşəkkür edib, lakin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib.
Rusiya lideri xarici səfərlərlə bağlı qərar qəbul edərkən ilk növbədə ölkə daxilindəki vəziyyəti nəzərə aldığını vurğulayıb.
“Dəvətə görə minnətdaram. İlk növbədə ölkədə baş verənləri nəzərə almalıyam. Xarici ölkələrə tez-tez səfər etmək mənim üçün o qədər də rahat deyil”, – deyə Putin qeyd edib.
O əlavə edib ki, ABŞ-də keçiriləcək G20 sammitində Rusiyanın layiqincə təmsil olunacağına əminlik var. Bununla belə, özünün tədbirdə iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib.
Sizə maraqlı ola bilər
“Hörmüz boğazında heç bir maneə yaratmamışıq”- Əraqçi
ABŞ İranın pullarını azad edir? – Tramp açıqlama verdi
Rubio: İranla danışıqlarda məhdud irəliləyiş var
Rusiya Ermənistana güzəşt etməyəcək? Zatulindən Paşinyanla bağlı açıqlama
Post Views: 10