Frenki Fidlerin ardınca "Sabah"ın daha bir oyunçusu Avropada fərqləndi


"Sabah"ın amerikalı basketbolçusu Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, o, azarkeşlər arasında keçirilən səsvermədə səslərin 52 faizini toplayaraq bu ada layiq görülüb.
Bleyks komandasının "Trabzonspor"a 91:72 hesabı ilə qalib gəldiyi son tur oyununda 17 xal, 9 məhsuldar ötürmə və 4 ribaundla (28 effektivlik) yadda qalıb.
Qeyd edək ki, daha əvvəl "Sabah"ın digər üzvü Frenki Fidler də bu mükafata sahib çıxmışdı.
1 mənbə