Fransada etiraz aksiyaları: 146 min insan küçələrə çıxdı


Fransada noyabrın 17-də keçirilən ümumölkə tətili və həmkarlar ittifaqlarının etiraz aksiyalarında 146 min nəfər iştirak edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadən “TF1 Info” telekanalı bildirib.
Həmkarlar ittifaqları isə nümayişçilərin sayının 500 mini keçdiyini açıqlayıb. Aksiyalar bir sıra böyük şəhərlərdə dövlət sektorunda əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilib.
Etirazlara məktəblilər və tələbələr də qoşulublar. Həmkarlar ittifaqları əməkhaqlarının dərhal artırılmasını və dövlət qulluqçularının baza maaşlarının hesablanmasında istifadə olunan indeks əmsalına yenidən baxılmasını tələb edirlər.
Paris polisi paytaxtdakı yürüşdə 28 min nəfərin iştirak etdiyini açıqlayıb. Həmkarlar ittifaqları isə bu rəqəmin 175 min olduğunu iddia edib.
Lyonda polis ilə nümayişçilər arasında toqquşmalar baş verib. Bundan başqa, İl-de-Frans bölgəsində 30-a yaxın təhsil müəssisəsində iğtişaşlar qeydə alınıb, üç məktəbli yüngül xəsarət alıb.
Dərc vaxtına görə
