Fransa yağışla mübarizə aparır


DÜNYA
33
19.11.2026, 21:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fransanın şimalındakı Pas-de-Kale bölgəsində yağan güclü yağışların təxminən 20 yaşayış məntəqəsinə təsir etdiyi və genişmiqyaslı daşqınlara səbəb olduğu bildirilir.
Oxu24.com xəbər verir ki,Fransa meteorologiya agentliyi Meteo-France-ın məlumatına görə, yağış və daşqın riski səbəbindən Pas-de-Kale bölgəsində 17 noyabrdan bəri "narıncı" xəbərdarlıq səviyyəsi qüvvədədir.
Pas-de-Kale şəhərini günlərlə təsir edən leysan yağışlar gündəlik həyata da mənfi təsir göstərib.
Milli medianın məlumatına görə, Pas-de-Kale əyalətindəki Fruges şəhərinin ortasından keçən yol su altında qalıb. Sakinləri bir nöqtədən digərinə daşımaq üçün traktorlardan istifadə olunub.
Nigar
Həmçinin oxuyun
Digər xəbərlər
1 mənbə