Ermənistan-İran sərhədində yeni gömrük məntəqələri tikilir


DÜNYA
18 Noyabr 2026 | 21:43 | Müəllif: Subhan Mahmudov
Ermənistan-İran sərhədində yeni gömrük məntəqələrinin tikintisi başa çatmaq üzrədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentdə hökumət saatı zamanı Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Davit Xudatyan bəyan edib.
Onun sözlərinə görə, yeni məntəqə iki ölkə arasında əmtəə dövriyyəsinin artması fonunda buraxılış qabiliyyətinin artırılması və yaranan problemlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, Xudatyan qeyd edib ki, onun İslam Respublikasına səfəri zamanı Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi məsələsi də müzakirə olunub.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Ermənistan-İran sərhədində yeni gömrük məntəqələri tikilir
