“Bu, qeyri-sağlamdır”: Melania Tramp ərinin ətrafını tənqid etdi...


Donald Trampın həyat yoldaşı bildirib ki, ABŞ prezidenti bəzən “çox da müdrik olmayan” adamların əhatəsində olur...
...ABŞ-ın birinci xanımı Melaniya Tramp əri Donald Trampın onun fikirləri ilə həddən artıq razılaşan insanların əhatəsində olduğunu bildirib və bu vəziyyəti qeyri-sağlam adlandırıb.
SİA xəbər verir ki, bu məlumatı Britaniyanın “The Independent” nəşri yayıb.
O, bu barədə noyabrın 20-də Amazon Prime Video platformasında premyerası olan “Melaniya: Seriya” sənədli filmində danışıb.
Epizodların birində cütlük birgə müsahibə verib və bu zaman ABŞ prezidenti həyat yoldaşının çətin həmsöhbət ola biləcəyini qeyd edib.
Melaniya izah edib ki, səbəb onun öz mövqeyini açıq şəkildə ifadə etmək vərdişindədir.
Birinci xanımın sözlərinə görə, o, əri ilə hər şeydə razılaşmağı vacib hesab etmir və fikri onun baxışlarından fərqli olsa belə, ona həqiqəti deməyə hazırdır.
...Mənə elə gəlir ki, bəzən onun ətrafında sadəcə razılaşan həddən artıq çox insan olur və bu, qeyri-sağlamdır.
Melania deyib bunu.
Eyni zamanda, birinci xanım prezidentin ətrafının konkret nümayəndələrinin adını çəkməyib və tərəfdaşlarının daimi razılığı ilə təsir edə biləcək qərarlardan nümunələr də gətirməyib.
Əli Babayev

Teleqraf.az+2 mənbə