Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır


BAKI, 21 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın komandası Miladdan əvvəl Ukrayna və Rusiya ilə yeni sülh danışıqları təşkil etmək niyyətindədir.
Teleqraf “RBC-Ukraine”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib .
Onun sözlərinə görə, tezliklə texniki görüşlər keçiriləcək: "Hazırda əsas məqsəd qarşıdan gələn danışıqların məzmununu və nəticəsini müəyyən etməkdir. Yalnız bundan sonra üçtərəfli görüşün harada və nə vaxt keçiriləcəyi barədə razılığa gəlmək olar. Lakin Vaşinqton artıq onu Miladdan əvvəl keçirmək istədiyini açıq şəkildə bildirib".
Zelenski ABŞ-nin bu təklifi ilə razılaşdığını vurğulayıb. O hesab edir ki, nəticə nə qədər tez əldə olunarsa, bir o qədər yaxşıdır.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
