Bu il Naxçıvanda istehlakçılara 6 milyon manata yaxın vəsait qaytarılıb


Naxçıvan, 19 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 5,9 milyon manata yaxın olub.
Müxbir- Nail Əsgərov
Dərc vaxtına görə
