Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb


Lənkəran, 15 noyabr, AZƏRTAC
Bu ilin on ayı üzrə istehlakçılara qaytarılan vəsait 314997,5 manat olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda media təlimdə deyib.
O qeyd edib ki, bu müddətdə agentliyə 9260 müraciət daxil olub, 2399 müraciət təmin edilib: “Hesabat dövründə 6080 müraciətə baxılması yekunlaşıb, 2312 müraciət aidiyyəti orqanlara göndərilib. Növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı 868-dir”.
Dərc vaxtına görə
