Azərbaycanın U-21 millisi Omana qalib gəldi


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.
QOL.az xəbər verir ki, qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının qollarını Elgün Dünyamalıyev (28), Əli Xəlilov (42), İlkin Cəfərli (65) və Niyazi Osmanov (78) vurublar.
Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında millimiz 2:1 hesablı qələbə qazanmışdı.
Dərc vaxtına görə