"Mançester Siti"nin sahiblərinə 2 milyard dollarlıq zərbə


ABŞ-nin aktivlərin idarə edilməsi şirkəti "Apollo Global Management" İngiltərənin "Mançester Siti" klubunun ana şirkəti "City Football Group" (CFG) ilə 2 milyard dollarlıq kredit danışıqlarını dayandırıb.
Plat.az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu qərara klubun Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı hüquqi qeyri-müəyyənlik və gözlənilən sanksiya riskləri səbəb olub.
Xatırladaq ki, müstəqil komissiya sentyabrın 29-da "Mançester Siti"ni 115 ittihamlı iş üzrə maliyyə qaydalarını ciddi şəkildə pozmaqda təqsirli bilib, klub isə oktyabrın 1-də qərardan apellyasiya şikayəti verib.
