Puxaç məyusdur: “Hirslənməmişəm və ya kimdənsə incik deyiləm”


“Sabah”ın futbolçusu Timoteuş Puxaç millidə son iki matçda heyətə düşə bilməməsinə münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, “Fakt” nəşrinə danışan müdafiəçi məyus olduğunu qeyd edib:
“Məyusammı? Bəli. Mən idmançıyam və öz ambisiyalarım var. Hirslənməmişəm və ya kimdənsə incik deyiləm, sadəcə işləməyə davam edirəm. Bilirəm ki, ehtiyat oyunçular skamyasından meydana çıxmaq yolu çox qısadır.
Futbolda vəziyyət tez dəyişir. Məsələn, Tomek Kedziora – o, uzun müddət milli komandada oynamamışdı, amma birdən yenidən heyətə qayıtdı. Bir neçə zədə, müxtəlif hallar və bir də baxırsan ki, artıq meydandasan. Bu dəfə bir oyunçuya şans verilir, növbəti dəfə isə başqasına. Milli komandada ən vacib məqamlar nəticələr və burada olmağın qürurudur, amma əlbəttə ki, mən də oynamaq istərdim. Bura yenidən qayıtmaq üçün çox çalışmağa davam etməliyəm”.