U-19 millimiz Farer adalarını səfərdə məğlub etdi


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin qollarını 16-cı dəqiqədə Ümid Səlimov, 67-ci dəqiqədə isə penaltidən Mustafa Kamara vurub.
Xatırladaq ki, U-19 millimiz əvvəlki oyunlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə məğlub olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/idman/u-19-m…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
