Azərbaycan ilə Vyetnam arasında əlaqələrin tarixi və inkişaf perspektivləri


19 mənbə əsasında
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasındakı dostluq münasibətlərinin tarixi təməlləri, o cümlədən 1959 və 1983-cü illərdə həyata keçirilən səfərlər qeyd olunub. Tərəflər arasında əlaqələrin inkişaf yolu və gələcək strateji əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycanın Cənub-Şərqi Asya siyasətində Vyetnamın rolu
Cavanşir FeyziyevMilli Məclisin deputatıAzərbaycanla Vyetnam arasında münasibətlərin əsası hələ sovet dövründə qoyulub. Keçən əsrin 60-cı illərində SSRİ- Vyetnam münasibətləri çərçivəsində yaranan Azərbaycan – Vyetnam əlaqələri kifayət qədər dolğun məzmun ala bilib.Müstəqilliyimizi bərpa etdikdən sonra qarşılıqlı əlaqələrin yenidən canlanması isə 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri ilə başlayıb. Ötən illər ərzində ölkələrimiz arasında ikitərəfli dialoq uğurla davam etdirilib və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri davamlı olaraq genişləndirilib. Fəal siyasi dialoq hökümətlər və parlamentlər arasında da əlaqələrin genişləndirilməsini təmin edib. Hazırda ölkələrimiz beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.Keçən ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni səhifə açdı. Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərdə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlıq haqqında müzakirələr aparılmış və Azərbaycanla Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə daha yüksək səviyyəyə qaldıran mühüm sənəddir. Strateji Tərəfdaşlıq münasibətləri ilk növbədə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin intensivləşdirilməsinə, qarşılıqlı investisiya yatırımlarının stimullaşdırılmasına şərait yaradır. Bununla yanaşı Azərbaycanla Vyetnam arasında energetika, alternativ enerji, ekologiya, inşaat, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq üçün yeni imkanlar açılır.2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Lakin bu rəqəm real imkanları əks etdirmir və hər iki tərəf belə hesab edir ki, qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensial mövcuddur. Prezient İlham Əli
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə
Sabahinfo.azoxuduğunuz
Azərbaycanın Cənub-Şərqi Asya siyasətində Vyetnamın rolu
