Azərbaycan ilə Vyetnam arasında əlaqələrin tarixi və inkişaf perspektivləri


19 mənbə əsasında
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasındakı dostluq münasibətlərinin tarixi təməlləri, o cümlədən 1959 və 1983-cü illərdə həyata keçirilən səfərlər qeyd olunub. Tərəflər arasında əlaqələrin inkişaf yolu və gələcək strateji əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bakı ilə Hanoy arasında möhkəmlənən siyasi əlaqələr
Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında münasibətlər uzunmüddətli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm tarixi təmələ malikdir. Bu əlaqələr yalnız diplomatik münasibətlərin çərçivəsi ilə məhdudlaşmır, xalqlarımızı birləşdirən ortaq tarixi xatirələr, siyasi həmrəylik və qarşılıqlı dəstək ənənələri ilə səciyyələnir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də bu münasibətlərin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla diqqəti cəlb edir. Azərbaycan-Vyetnam dostluğunun başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Bu səfər iki xalq arasında qarşılıqlı rəğbətin və siyasi yaxınlığın əsasını qoyan mühüm hadisə kimi yadda qalıb. Həmin dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və fəaliyyəti ilə əlaqələrin inkişafında yeni mərhələnin təməli qoyulub. Xüsusilə 1983-cü ildə Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayıb. Səfərin səkkiz gün davam etməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi əməkdaşlığa verilən xüsusi əhəmiyyətin göstəricisi idi. Həmin səfər zamanı əldə olunmuş razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli tərəfdaşlığın istiqamətlərini də müəyyənləşdirib. Müstəqillik dövründə də Azərbaycan bu tarixi ənənələrə sadiq qalaraq Vyetnamla münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi dialoqun davamlılığını təmin edən mühüm hadisələr olub. İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ isə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri i
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
Adalet.azoxuduğunuz
Bakı ilə Hanoy arasında möhkəmlənən siyasi əlaqələr