Azərbaycan ilə Vyetnam arasında əlaqələrin tarixi və inkişaf perspektivləri


19 mənbə əsasında
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasındakı dostluq münasibətlərinin tarixi təməlləri, o cümlədən 1959 və 1983-cü illərdə həyata keçirilən səfərlər qeyd olunub. Tərəflər arasında əlaqələrin inkişaf yolu və gələcək strateji əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan-Vyetnam: tarixi dostluqdan strateji tərəfdaşlığa
Mahir SüleymanlıMilli Məclisin deputatıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasətinin prioritetlərini, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarını və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi hadisədir. Dövlət başçısının fikirləri bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq əlaqələri tarixi dostluq, qarşılıqlı etimad, suverenliyə hörmət və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır.Azərbaycan ilə Vyetnam arasında təxminən yetmişillik tarixə malik münasibətlərin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Həmin səfər iki xalq arasında dostluğun möhkəm təməlinin formalaşmasında mühüm rol oynayıb. Bu əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi xidmətləri olub. 1983-cü ildə Ulu Öndərin rəhbərliyi ilə Sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirib. Səfərin ölkənin müxtəlif regionlarını əhatə etməsi Heydər Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi əhəmiyyətin göstəricisi idi. Əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatına mühüm töhfə verməklə gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirdi.Müstəqillik dövründə də bu dostluq ənənələri qorunaraq yeni məzmun qazanıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri siyasi dialoqun davamlılığını təmin edib. Münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib, siyasi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.Bu gün Azərbaycan-Vyetnam münasibətləri dövlət başçıları səviyy
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə
Sabahinfo.azoxuduğunuz
Azərbaycan-Vyetnam: tarixi dostluqdan strateji tərəfdaşlığa
