Merts: Ukraynanın 2008-ci ildə NATO-ya qəbul edilməməsi səhv idi


23.11.2026 - 23:301241 dəq oxu
Almaniya kansleri Fridrix Merts Ukraynanın 2008-ci ildə NATO-ya üzv qəbul edilməməsini səhv qərar hesab edib.
Doğru.az xəbər verir ki, Mertsin sözlərinə görə, Ukrayna həmin dövrdə NATO üzvü olsaydı, ehtimal ki, Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq mümkün olardı.
Kansler bu fikri noyabrın 23-də NATO-nun baş katibi Mark Rütte ilə Berlində keçirdiyi birgə mətbuat konfransında səsləndirib. O, Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzvlüyü məsələsinin yenidən müzakirəyə çıxarılması təklifini də məntiqli hesab edib. Merts müharibədən sonra Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsinin vacibliyini vurğulayıb.
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiya ilə açıq silahlı qarşıdurmaya hazırlaşdığını iddia edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Ukraynanın ərazi güzəştləri müqabilində NATO-ya üzv olması ideyasını “dəlilik” adlandırıb.
DOĞRU.AZ
