Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşdı


Ağdam Şəhəri Günü münasibətilə möhtəşəm atəşfəşanlıqla təşkil edilib.
Metbuat.az xəbər verir ki, axşam saatlarında Ağdam səmasında baş tutan rəngarəng atəşfəşanlıq şəhərə xüsusi bayram ovqatı bəxş edib. Bayram proqramını Ağdam sakinləri ilə yanaşı, Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları və ətraf rayonlardan gələn çoxsaylı sakinlər də izləyiblər. Atəşfəşanlıq iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Ağdamda yaşanan bayram sevinci bir daha şəhərin dirçəlişini, həyatın doğma yurda qayıdışını nümayiş etdirib.
Qeyd edək ki, 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə şəhərdə gün ərzində müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.
Dərc vaxtına görə
